Azərbaycan-İran sərhədində daha bir insident: Sərhədçi bıçaqlandı

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Bu barədə virtualaz.org-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb.
◀▶
Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.
Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.
Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Rubrika.az
Facebook-da paylaş











