Oleq Bakinskinin qızının toyunda qanuni oğrunu döyüb, tacdan məhrum etdilər

Kriminal aləmdə “Nedelya” və ya “Lvov” kimi tanınan Ukraynanın kriminal avtoriteti Andrey Nedzelski Kiyevdə tacdan məhrum edilib və döyülüb.
Rubrika.az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə Ukrayna Milli Polisi rəhbərinin keçmiş müavini Vyaçeslav Abroskin Feysbuk hesabında məlumat verib.
Məlumatda bildirilir ki, hadisə 12 oktyabr şənbə günü digər kriminal avtoritet Oleq Bakinskinin ailəsindəki toyda baş verib. Abroskinin dediyinə görə, üç qanuni oğru Nedzelskini tacdan məhrum edərək, "şiddətli döyüb və həmin ərazidən kənarlaşdırıblar". O əlavə edib ki, artıq Ukraynada cinayətkar qrupun liderlərindən biri azaldı, və "bu da çox yaxşıdır.
Rubrika.az
Facebook-da paylaş










