50 saylı Abşeron-Qobustan DSK-da seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib

Kurslarda dairə seçki komissiyasının sədr, katib və üzvləri, məntəqə seçki komissiyalarının sədrləri,həmçinin müvafiq dövlət qurumlarının təmsilçiləri iştirak edib
Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində oktyabrın 15-dən 17-nə kimi 50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib.
Aşağı seçki komissiyaları üzvlərinin bələdiyyə seçkiləri ilə bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi daşıyan kurslarda dairə seçki komissiyasının sədr, katib və üzvləri, məntəqə seçki komissiyalarının sədrləri,həmçinin müvafiq dövlət qurumlarının təmsilçiləri iştirak edib.
50 saylı DSK-nın sədri Rafəddin Nağdalıyev kurslarda çıxış edərək bildirib ki, ölkəmiz ictimai-siyasi həyatda özünəməxsus yeri olan bələdiyyə seçkiləri ərəfəsindədir. Azərbaycan Konstitusiyasının 142-ci maddəsinə əsasən bələdiyyələr seçkilər əsasında yaradılır. Yerli özünüidarəetmə orqanlarının yenidən formalaşmasında mühüm yer tutan növbəti bələdiyyə seçkilərinin də demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçiriləcəyi birmənalıdır. O, bələdiyyə seçkilərinə hazırlıq məqsədi daşıyan kursların rolundan danışaraq, beş milyondan artıq daimi seçicinin, çoxsaylı namizəd və onların təmsilçilərinin, müşahidəçi və KİV nümayəndələrinin seçki prosesində iştirakının təşkilinə yönəldilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
R.Nağdalıyev qeyd edib ki, seçkilərin hazırlanıb keçirilməsi səlahiyyətlərini həyata keçirən dövlət orqanı kimi Mərkəzi Seçki Komissiyasının (MSK) çoxşaxəli fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur.
Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” , “Seçkilər” informasiya mərkəzinin sektor müdiri Ziya Ataşlı seçici siyahılarının dəqiqləşdirilməsi mövzusunda çıxış edib.
3 günl müddətində davam edən kurslarda Abşeron rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova, Qobustan rayon İcra hakimiyyəti başçısının müavini Məharət Əkbərov, Abşeron rayon Polis İdarəsinin xidmət üzrə rəis
müavini, polis polkovniki Elçin Rəcəbov, Qobustan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Etibar Babayev, Abşeron rayon prokurorunun müavini Nail Əliyev tərəfindən təqdimatlar keçirilib və müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.





Rubrika.Az
Facebook-da paylaş









