Pompeo Türkiyəni savaşla hədələdi, Rusiyadan cavab gəldi
![]()
ABŞ Türkiyəyə qarşı hərbi güc tətbiq etməyəcək.
Rubika.az axar.az-a istinadən xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib. O, Vaşinqtonun son bəyanatla öz qətiyyətini və kürdləri (YPG nəzərdə tutulur – red.) unutmadığını göstərməyə çalışdığını bildirib.
Kosaçev Pompeonun son bəyanatının ABŞ-ın niyyətindən daha çox, Ərdoğanla polemikanın Pompeo səviyyəsində davam etdirilməsinə cəhd xarakteri daşıdığına bənzədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Pompeo ABŞ-ın Türkiyəyə qarşı hərbi güc tətbiq edə biləcəyini iddia edib. Amma o, hərbi gücün tətbiqinə Türkiyənin hansı addımlarının səbəb ola biləcəyini açıqlamayıb.
Rubrika.Az
Facebook-da paylaş












