“YPG geri çəkilməsə, türklər onların üstündən keçəcək” - Peskov
![]()
YPG/PKK terror ünsürləri Suriya sərhədlərindən çəkilməyəcəyi təqdirdə türk ordusu onların üzərindən keçəcək.
Rubrika.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov jurnalistlərə açıqlamasında Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşmanı da qiymətləndirib. ABŞ-ın son illər YPG/PKK ünsürlərinin ən yaxın müttəfiqi olduğunu xatırladan Kremlin sözçüsü deyib ki, bu müttəfiqliyin nəticəsində ABŞ onlara xəyanət edib: “İndi onları sərhəddə yanlız buraxıb türklərlə müharibə aparmağı sövq edirlər”.
Peskov razılaşma çərçivəsində YPG/PKK-nın sərhəddən çəkilməsinin lazım olduğunu vurğulayıb: “Əgər geri çəkilməsələr, rus hərbi polisi Suriyanın sərhəd təhlükəsizliyini qorumaq məcburiyyətində qalacaq. Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşma çərçivəsində geri çəkilməmələri halında türk ordusu onların üzərindən keçər”.
Rubrika.az
Facebook-da paylaş














