Paralimpiya çempionu evtanaziya ilə həyatına son qoydu
![]()
2012-ci ildə London Paralimpiya Oyunlarında qızıl medala sahib çıxmış atlet Marieke Vervoort evtanaziya metodu ilə həyatına son qoyub.
Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, proses Belçikanın Diest şəhərində baş tutub. 40 yaşlı belçikalı atlet 2008-ci ildə evtanaziya üçün rəsmi müraciət etmişdi.
Müalicəsi olmayan əzələ xəstəliyi və epilepsiyadan əziyyət çəkən idmançı əvvəlki açıqlamalarında güclü ağrılar səbəbilə yata bilmədiyini demişdi.
Rubrika.Az
Facebook-da paylaş











