Əli Kərimli özünü belə ifşa etdi – Video
![]()
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli oktyabrın 19-da Milli Şuranın Bakının mərkəzində keçirdiyi icazəsiz aksiyanı süni surətdə gündəmdə saxlamağa çalışır.
Teleqraf.com xəbər verir ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən internet televiziyaların canlı yayımına qoşulan Əli Kərimli başına salfet qoyub vəziyyətinin “acınacaqlı” olduğunu göstərməyə çalışsa da, istəmədən özü-özünü ifşa edib.
O, polis idarəsindən buraxılandan dərhal sonra canlı bağlantıya qatılarkən belə bir açıqlama verdi: “Mən Xətai Polis İdarəsində heç bir qeyri-qanuni münasibət görmədim. Xətai Rayon Polis İdarəsinin rəisinin iştirakı ilə məni Daxili İşlər Nazirliyinin mərkəzi hospitalına apardılar”.
O, bir neçə gün sonra ilk açıqlamasının əleyhinə işlədiyini görüb özünü qurban rolunda təqdim etməyə qərar verib. Nəticədə növbəti müsahibəsində Xətai Polis İdarəsində işgəncəyə məruz qaldığını iddia edib: “Məni Xətai Polis İdarəsinə gətirdilər, oradan vanna otağı, yeri kafelli bir otağa saldılar. Mən dedim öldürün və başlandı yenə, təsəvvür edin sonradan vanna otağının qanını təmizləməkdən ötrü adam çağırdılar”.
Əli Kərimli 6-7 adam tərəfindən döyüldüyünü iddia edib.
Video faktı təqdim edirik:
Rubrika.Az
Facebook-da paylaş











