Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edildi

İlham Əliyev bu gün Prezident Administrasiyasının yeni rəhbərinin təyin edilməsi haqda sərəncam imzalayıb. Sərəncama əsasən həmin vəzifəni Samir Nuriyev tutub.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsini tuturdu. Prezidentin sərəncamı ilə o həmin vəzifədən azad edilib və Administrasiya rəhbəri təyin olunub.
Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə hələ təyinat olmayıb.
Rubrika.Az
Facebook-da paylaş












