"Bağışlayın, sizdə 100 manat olmaz"???

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi Mustafa Əhmədov təzə şakərə tutulub.
Kişi deyir vallah-billah bu "şakərə " özüm tutulmamışam. İdarənin baş mühafizə mühəndisi Abuturab Bağırov "cini mənim içimə necə soxubsa, heç cür çıxara bilmirəm. Ayə belə, Quran belə, bu mərəzə tutulmağımın cəbəbkarı Bağırov qağamdı. Təzəcə maaşlar köçmüşdü ki, Abuturab hovlanak yanıma gəlib söylədi ki, "Şakaya pul lazımdı və hər bir işçidən ən azı 100, yuxarısı
200 manatdan pul yığılmalıdı. Mən də çar-naçar qalıb qağamın sözün yerə salmayıb, Regionun meşə gözətçilərini idarəyə çağırıb növbə ilə qəbul edərək, "töycilərini" yığdıq. And olsun Allaha ki, hər şeyi, yəni pul-paranı Abuturab qağam yığdı".
Hə, əziz oxucular, hazırda Mustafa Əhmədovun rəhbərlik etdiyi Regional Mərkəzdə real vəziyyət belədir. Ən acınacaqlısı odur ki, Prezidentin son vaxtlar apardığı islahatlara yerlərdə belə "hörmət qoyulur". Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin gözündən iraq, "Burda mənəm, Bağdadda kor xəlifə" sevdasıyla yaşayan Əhmədov və Bağırov tandeminin meşələrin qırılıb talan olması sevdası tükənmək bilmir ki, bilmir...
Ay sizi "doşan yesin", elə bilirsiniz başınızı isti yerə soxub, quyruğunuzu gizlədə biləcəksiz???Heç xəyal etməyin. Hamı hər şeyi görür və bilir. Yəqin ki, "fatihənizin oxunmaq" məqamı çatıb. Fikir etməyin, sizin quşğunuz elə daralacaq, heç nazirlikdə oturan daydayınız da kömək edə bilməyəcək...
Yaşayarıq, görərik...
ƏLƏDDİN
Facebook-da paylaş









