İŞİD erməni keşişini öldürdüyünü etiraf etdi

“İslam Dövləti” (İŞİD) terror qruplaşması bazar ertəsi Suriyanın şimalında bir erməni katolik keşişinin və atasının öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Rubrika.az virtualaz.org-a istinadla bildirir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl SANA, Suriya sərhədindəki Kamışlı bölgəsində yerləşən Erməni Katolik Kilsəsinin keşişi Ovsep Petoyanın və atasının Hasekdən Deyr əz-Zora gedən yolda öldürüldüyünü bildirmişdi.
Rubrika.az
Facebook-da paylaş















