Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi
![]()
“Hollywood Reporter” dərgisi ekranların və səhnənin altı ulduzunu bir fotoya sığışdırıb.
52 yaşlı Lora Dern, 34 yaşlı Skarlett Yohansson, 50 yaşlı Renee Zellveger, 31 yaşlı Aquafina, 36 yaşlı Lupita Niongo və 50 yaşlı Cennifer Lopez fotosessiyada iştirak edərək, şou-biznesdəki həyatlarını müzakirə ediblər.
Cey Lo həmsöhbətlərinə bir dəfə təcavüz qurbanı olmasından danışıb. Aktrisa filmdə çəkilməyə hazırlaşarkən, rejissorla görüşlərin birində ondan “toples” çəkilməsini xahiş edib. Pop ulduz əvvəlcə qorxduğunu etiraf edib və sonra Bronksda böyüyən bir qızın etməli olduğu işi etdiyini dilə gətirib.
Rubrika.Az
Facebook-da paylaş








