Rəcəb Tayyib Ərdoğan: "Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq"

Haqqın və ədalətin, məzlumun və insanlığın yanındayıq. Bütün bunlara baxmayaraq, Türkiyə saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılır.
Rubrika.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Konqresində ifadə edib.
İnsan haqlarının qorunması, o cümlədən qaçqın və məcburi köçkünləri himayə etmələri kimi məsələlərdən danışan dövlət başçısı bildirib ki, Türkiyənin öz təhlükəsizliyini qoruduğu üçün təzyiqlərə məruz qalması ən böyük ədalətsizlikdir.
Rubrika.Az
Facebook-da paylaş













