BDU tələbələrinin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında tələbələrin zəhərlənməsi ilə bağlı cinayət işi başlanılıb.
Rubrika.az-ın musavat.com-a istinadən xəbərinə görə, bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Rubrika.az
Facebook-da paylaş













