Baş prokuror Netanyahunu korrupsiyada ittiham etdi

İsrailin Baş prokuroru Avihay Mandelblit baş nazir Binyamin Netanyahuya qarşı üç maddə üzrə ittiham irəli sürüb.
Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, Netanyahu rüşvət, korruspiya və vəzifəsindən sui-istifadədə günahlandırılır. Mandelblitin məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirilir.
Bildirilir ki, Netanyahu solçu əleyhdarlarının və KİV nümayəndələrinin danışıqlarının qurbanı olduğunu bəyan edib.
Rubrika.Az
Facebook-da paylaş
















