Ermənistanda ölmüş hərbçilərin anaları yenidən aksiya keçirdi

Ermənistanda hökumət binasının qarşısında müxtəlif vaxtda ölmüş hərbçilərin anaları etiraz aksiyası keçiriblər.
Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.
Etiraz kasiyası zamanı onlar bildiriblər ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən kifayət qədər vaxt keçməsinə baxmayaraq, tələbləri həllini tapmayıb.
Aksiyaçılar həmin hərbçilərin ailə üzvlərinə kompensasiya verilməsini tələb edirlər. Etirazçılar bildiriblər ki, 2008-ci ilin mart hadisələri zaman ölənlərin ailə üzvlərinə kompensasiya verilirsə, bu, onlara da şamil edilməlidir.
Rubrika.Az
Facebook-da paylaş















