YAP-çı deputatların müraciəti artıq Milli Məclisdədir - PROSDEUR İŞƏ DÜŞÜR

Hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisin buraxılması üçün kollektiv müraciət hazırlayıblar. Həmin müraciət artıq Milli Məclisdə baxılmaq üzrədir. Xatırladaq ki, ötən gün YAP-ın Siyasi Şurası parlamentin buraxılmasının zəruriliyi barədə qərar qəbul edib. Qərara əsasən Milli Məclisin indiki tərkibi prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlarla ayaqlaşmır.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, Konstitusion prosedura əsasən indiki halda Milli Məclisin buraxılması üçün onun üzvlərinin əksəriyyətinin mandatlarından imtina etməsi əsas götürülə bilər. Prezident YAP-dan olan deputatların mandatlarından imtina haqda müraciətini əsas götürərək Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi haqda sərəncam verəcək.
RUBRİKA.AZ
Facebook-da paylaş











