İşğal altındakı torpaqlarımızdakı meyvə-tərəvəz məhsullarının 80 faizi Rusiyaya gedir...
![]()
Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında sülənən ermənilərin istehsal etdiyi meyvə-tərəvəz məhsullarının yalnız 15-20 faizi yerli əhaliyə satılır. ![]()
Rubrika.az moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda erməni jurnalistlərə “Artsax Frut” “qapalı səhmdar cəmiyyəti”nin rəhbəri Armen Satryan danışıb. Onun sözlərinə görə, müxtəlif meyvə şirələri, şərabları, araqları, doşab, tərəvəz konservləri və s. kimi məhsulların 75-80 faizi Rusiyaya ixrac olunur. A.Satryan bildirib ki, meyvə-tərəvəz məhsullarının istehsalı ilə bağlı yeni zavodlar tikilməsi planlaşdırılır. Xüsusən, nar şirəsinin kütləvi istehsalı üçün yaxın 2-3 ildə təzə zavod tikilməlidir...![]()
P.S. Deyəsən, bizim də Qarabağın azad edilməsi üçün ümidimizin 80 faizi Rusiyayadır...
Rubrika.az
Facebook-da paylaş















