"EuroHome" da zərər çəkənlər komissiya yaradılmasını tələb edirlər

Yanğın baş verən "EuroHome" ticarət mərkəzinin sahibkarları hadisə ilə. Bağlı komissiyanın yaradılmasını tələb edirlər
Rubrika.Az bildirir ki, musavat.com-un hadisə yerində olan əməkdaşı bildirir ki, sahibkarlar siğortalarının olmadığını söyləyiblər. Onların sözlərinə görə yanğın təxminən 4-5 radələrində ticarət mərkəzinin avtomobil yolu istiqamətinə olan hissəsindəki mağazalardan başlayıb. Qısa müddətdə isə alov bütün mağazaları bürüyüb. Sahibkarların sözlərinə görə ərazidə ən az malı olan 20 min manatdan yuxarı məbləğdə zərər çəkib. Onlar söylədilər ki, ticarət mərkəzinin heç bir yanğın təhlükəsizliyi tədbirləri görülməyib. Hadisə baş verən zaman su çatışmazlığı yaşanıb. Ticarət mərkəzinin, demək olar ki, bütün mağazaları yanıb.
Anbar ticarət mərkəzinin içərisində olduğu üçün oradakı mallar da yanıb.
Rubrika.Az
Facebook-da paylaş











