Prezident dünyanın ən gənc baş nazirindən üzr istədi - Qalmaqal
![]()
Estoniya Prezidenti Kersti Kaljulaid Finlandiyanın gənc Baş naziri Sanna Marindən üzr istəyib.
Rubrika.Az teleqraf.com-a istonadla xəbər verir ki, Estoniya lideri Finlandiya baş naziri haqqında alçaldıcı fikirlər işlədən daxili işlər naziri Mart Helmenin fikirlərinə görə üzr istəyib və nazirin dediklərindən utandığını bildirib.
Xatırladaq ki, Estoniya daxili işlər naziri Mart Helme Finlandiya baş nazirini nəzərdə tutaraq “Magaza satıcılarının və bəzi savadsız küçə aktivistlərinin kabinetə girdiyini görürük” ifadəsini işlətmişdi.
Sann Marin özünün Tvitter hesabında estoniyalı nazirə cavab verib: “Finlandiyadan çox qürur duyuram. Burada kasıb bir ailənin uşağı təhsil ala bilir və həyatında bir çox uğur qazana bilir. Bir mağazadakı kassir baş nazir ola bilir”.
Bundan sonra Estoniya prezidenti Finlandiya prezidenti ilə əlaqə saxlayaraq Sanna Marinə üzürxahlığını çatdırmasını xahiş edib.
Eston müxalifəti isə bu qaba hərəkətlərinə görə nazirin istefasını tələb edib.
Rubrika.Az
Facebook-da paylaş











