Bakı-Qazax yolunda mikroavtobus aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Səhiyyə Nazirliyi Ələtdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Ələt yolunda baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub. Hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. yaralılardan birinin vəziyyəti ağırdır reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
***
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.
Rubrika.Az
Facebook-da paylaş








