“Ölkədə qaçaqmal parfümeriya mallarına nazirlikdə işləyən bir məmur himayədarlıq edir...”- Ekspert...
![]()
“Çox təəssüflər olsun ki, Standartlar İnstitutunun bu araşdırması Səhiyyə Nazirliyi tərəfindən hələ də təhlil olunmayıb və nazirlikdə şpristləri ekpertiza edən laboratoriya da yoxdur”
Rubrika.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə satılan saxta, təhlükəli şpristlər haqda danışarkən deyib. Ekspert nazirliyin buna göz yumduğunu bildirib:
“Azad İstehlakçılar Birliyi ölkənin əmtəə bazarında, daha doğrusu apteklərdə satılan doxsan səkkiz faiz təhlükəli şpristlərlə bağlı dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırıb. Amma təəssüflər olsun ki, həmin şpristlər bu gün də apteklərdə satılır. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin yolladığımız məktuba cavabı o oldu ki, həmin şrpristlər təhlükəsizdir. Lakin E.Ağayevdən xahiş edirik ki, həmin üç hissəli şpristlərin etiketində olan bir maddəni oxusun, orda birmənalı şəkildə qeyd olunur ki, bu şpristlər bir sıra dərman pereparatları üçün istifadə edilə bilməz. Qeyd edim ki, həmin üç hissəli şpristlər Azərbaycan Standartlar İnstitutu tərəfindən xaricdə ekspertizadan keçirilib və məlum olub k, on dörd parametr üzrə heç bir standarda uyğun deyil. Çox təəssüflər olsun ki, Standartlar İnstitutunun bu araşdırması Səhiyyə Nazirliyi tərəfindən hələ də təhlil olunmayıb və nazirlikdə şpristləri ekpertiza edən laboratoriya da yoxdur. Azad İstehlakçılar Birliyi bu istiqamətdə iş aparır ki, əhali həmin təhlükəli şpristlərdən uzaq olsun”.
Qurum rəsmisi ölkədə satılan saxta parfümeriya mallarının da üstünü açdıqlarını bildirib:
“Biz üç ildən artıqdır ki, ölkənin əmtəə bazarında insan sağlamlığı üçün təhlükəli olan, saxta qaçaqmalçılıq yoluyla gətirilən parfümeriya mallarıyla mübarizə aparırıq. İstehlakçılar onların çoxsaylı nümunələrini bizə təqdim ediblər və hətta bunların “Sədərək Ticarək Mərkəzi”ndə satıldığını bildiriblər. Bununla bağlı dəfələrlə Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə məlumatlar vermişik, amma çox təəssüflər olsun ki, vergidən yayınan və insan həyatı üçün təhlükəli olan parfümeriya malları satılmaqda davam edir. Əlbəttə, bütün bunlar ölkəyə Gömrük Komitəsinin xeyir-duasıyla gətirilir. Bizdə olan məlumata görə qaçaqmal parfümeriya mallarına vaxtilə Gömrükdə Komitəsində və indi isə Vergilər Nazirliyində işləyən bir məmur himayədarlıq edir və biz onun adını öyrənmək üzrəyik və bu haqda ölkə başçısına da şikayət edəcəyik”.
Rubrika.Az
Facebook-da paylaş














