Yerevanda Konstitusiya Məhkəməsinin sədrinə dəstək aksiyası keçirilir

Ermənistan Konstitusiya Məhkəməsi binasının qarşısında məhkəmənin sədri Hrayr Tovmasyana dəstək aksiyası keçirilir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hüquqşünaslar, keçmiş deputatlar, müxalif siyasətçilər və vətəndaş fəalları binanın qarşısına toplaşıblar. Onlar Tovmasyana qarşı hüquq-mühafizə orqanlarının siyasi təqiblərinə etiraz edirlər.
Qeyd edək ki, bu gün səhər saatlarında Tovmasyan Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən dindirilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Rubtrika.Az
Facebook-da paylaş













