Beynəlxalq jurnalist təşkilatından girov oğluna cavab gəldi: Rusiya və Ermənistana da müraciət ediləcək
![]()
Ermənistanda girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov GLOBAL JOURNALİSM COUNCİL beynəlxalq jurnalist təşkilatına müraciət ünvanlayıb.
Təşkilatdan Modern.az-a verilən məlumata görə, Kürdoğlu Əsgərov qurumun nüfuzundan istifadə edərək həm dünya jurnalistlərinə, həm də atasının Rusiya vətəndaşı olduğunu nəzərə alaraq Rusiya jurnalistlərinə müraciət etməsini istəyib.
Məsələ təşkilat tərəfindən müzakirə olunub. GLOBAL JOURNALİSM COUNCİL təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı bildirib ki, yaxın zamanlarda bu məsələ ilə bağlı dünyanın nüfuzlu jurnalist təşkilatlarına, o cümlədən Rusiya, Ermənistan jurnalistlərinə də məktub yollanacaq.
Məktubda qeyd edilən məsələ sırf bizim qurumun işi olmasa da, dünya jurnalistlərini bu məslə ilə bağlı bilgiləndirəcəyik.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz doğmalarının qəbirlərini ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Rubrika.Az
Facebook-da paylaş








