Məşhur Rusiya boksçusu uyğurlara görə çempion adından imtina edir...-FOTO
![]()
Rusiya boksçusu Artur Beterbiyev Sincan Uyğur Muxtar Vilayətində müsəlmanlara qarşı edilən repressiyalar səbəbindən Çinin boykotuna qoşulmaq qərarına gəlib.
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərə görə, idmançı çinli Men Fanlun ilə Çində keçiriləcək döyüşdən imtina edəcək. Beləliklə, Beterbiyev dünya birliyinin diqqətini Uyğur probleminə yönəltmək niyyətindədir. Rusiyalı boksçu qərarını dəyişdirməzsə, Beynəlxalq Boks Federasiyasının versiyasına (“IBF”) görə yüngül çəki dərəcəsində dünya çempionu adını itirəcək.
Xatırladaq ki, bundan öncə məşhur türk futbolçusu, “Arsenal" ın yarımmüdafiəçisi Məsud Özil müsəlman uyğurlara dəstəyi ilə gündəmə gəlib.
Rubrika.Az
Facebook-da paylaş













