Süleymani öldürüldü, London birjası çökdü

Londonun FTSE-100 fond birjasının əsas indeksi Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində SEPAH-ın Qüds briqadasının komandanı general Qasım Süleymaninin ölməsi barədə xəbər gəldikdən sonra 0,35 faiz azalaraq 7576 bəndə düşüb.
Rubrika.Az Report-a istinadla xəbər verir ki, eyni zamanda “Brent” markalı neftin qiyməti 4 faiz artaraq 69 dollara çatsa da, bir neçə saat sonra 68,5 dollar səviyyəsinə düşüb.
Rubrika.Az
Facebook-da paylaş







