“İran casusudur, planeti ondan xilas edin” - Bu məşhurla bağlı Trampa müraciət olundu
![]()
Son günlər Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun hücumu nəticəsində iranlı general Qasım Süleymaninin öldürülməsi məsələsi dünya gündəmini zəbt edib.
Rubrika.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, daha bir məşhurla bağlı tədbir görülməsi üçün ABŞ prezidenti Donald Trampa müraciət olunub. D. Trampa “Barselona” (İspaniya) klubunun baş məşqçisi Ernesto Valverdedən şikayət ünvanlanıb.
Belə ki, dövlət başçısının sosial şəbəkədəki paylaşımına Yussef Əl-Maraqi adlı bir şəxs bu sözləri yazıb: “Salam, cənab Tramp. Ernesto Valverde “Barselona”nın məşqçisi kimi maskalanmış İran casusudur. Zəhmət olmasa, ona uyğun şəkildə hərəkətə keçin və planeti ondan xilas edin. Təşəkkürlər”.
Xarici mediada bildirilir ki, “Barselona” azarkeşləri Ernesto Valverdenin məşqçilik fəaliyyətindən narazıdır və onun Kataloniya klubundan göndərilməsini istəyirlər. Bu səbəb dən də həmin şəxsin D. Trampa yarızarafat müraciət etdiyi deyilir.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi həlak olub.
Rubrika.az
Facebook-da paylaş











