“Sənin də növbən çatacaq” - Keçmiş ərinin sevgilisini öldürən qadın...
![]()
Türkiyənin Konya şəhərində boşandığı ərinin birlikdə yaşadığı deyilən Aynur Süngülünü tapançayla vuraraq öldürən Özləm G. adlı qadın sosial mediada ərinə də mesaj göndərib.
Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, o, ərinin “sənin də növbən çatacaq” yazılı ayaqqabısını sosial şəbəkədə paylaşaraq ərini təhdid edib. Hadisə dünən axşam baş verib. Belə ki, Özləm İstanbulda boşandığı əri Tufanın birlikdə yaşadığı Aynur adlı qadının evinə gəlib. Özləmə qapını Aynurun qızı açıb və o, evə daxil olaraq tapançayla Aynuru vuraraq hadisə yerindən qaçıb. Hadisə yerinə gələn polislər Aynurun öldüyünü təsdiqləyiblər və meyit müayinə olunması üçün morqa aparılıb.
Rubrika.Az
Facebook-da paylaş











