Dövlət Miqrasiya Xidmətində yeni TƏYİNAT
![]()
Dövlət Miqrasiya Xidmətində kadr dəyişikliyi baş verib.
Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Xidmətin rəisi Vüsal Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, Elnur Kələntərov DMX-nın İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.
O, bundan əvvəl DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, E.Kələntərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Rubrika.Az
Facebook-da paylaş












