İraqda ABŞ hərbçilərinin olduğu bazaya 8 raket atdılar — 4 yaralı var
![]()
İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.
Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, İraq Müdafiə Nazirliyi hücumla bağlı açıqlama yayıb.
Həmin açıqlamada bildirilir ki, ABŞ əsgərlərinin olduğu hərbi bazaya 8 raket atılıb. Hücumlar zamanı 4 İraq əsgərinin yaralandığı məlum olub.
ABŞ əsgərlərinin çoxunun ötən həftə olduğu kimi əməliyyatlardan 2 saat öncə bazadan çıxıb.
Rubrika.az
Facebook-da paylaş











