Baş Nazir Prezidentin sədrliyi ilə keçirilən müşavirədən irəli gələn tapşırıqların icrası üçün Tədbirlər Planını təsdiqlədi

“Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.
Rubrika.az Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamla təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Kabinetinə məlumat vermək tapşırılıb.
Rubrika.az
Facebook-da paylaş












