“Nazirlik sübut etdi ki, ölkədə brend adı altında saxta içkilər hazırlanır...”
![]()
"Qida Təhlükəsizlik Agentliyinin bu sahədə görməli olduğu işlər hələ çoxdur”
“Bir müddət öncə bu vəziyyəti AQTA özü də ifşa etdi və bir daha bəlli oldu ki, bu sahədə böyük problem yaşanır”
Rubrika.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saxta spirtli içkilərlə bağlı son zamanlar cəmiyyətdə yaranmış narahatçılıq haqda danışarkən deyib. Ekspert bu sahədə daha çox tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirib:
“Biz illər boyu demişik ki, ölkənin ən çox çirkənmiş siqmenti spirtli içkilər siqmentidir və əmtəə bazarının bu qədər pis vəziyyətdə olduğunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi göstərdi və sübut etdi ki, ölkədə brend adı altında saxta içkilər hazırlanaraq satılır. Bir müddət öncə bu vəziyyəti AQTA özü də ifşa etdi və bir daha bəlli oldu ki, bu sahədə böyük problem yaşanır. Ona görə istehlakçılar spirtli içki alarkən diqqətli olsunlar və birinci onun aksiz markasına baxsınlar. Həmin markanın üstündə Azərbaycanın gerbi olmalıdır və əgər o yoxdursa, demək ki, bunlar saxta içkilərdir. Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin bu sahədə görməli olduğu işlər hələ çoxdur”.
Qeyd edək ki, ötən həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri keçirilib.
Rubrika.az
Facebook-da paylaş















