Türkiyədə 5,4 ballıq zəlzələdən sonra daha iki yeraltı təkan qeydə alındı

Türkiyədə baş vermiş son zəlzələdən sonra daha iki yeraltı təkan qeydə alınıb.
Rubrika.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata əsasən, 5.4 bal gücündə zəlzələdən üç dəqiqə sonra Manisanın Kırkağac rayonunda 4.1, 16 dəqiqə sonra isə yenə Akhisarda 3.8 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.
Zəlzələnin meydana gəldiyi Manisa şəhərinin valisi Ahmet Deniz bölgədəki son vəziyyət barədə açıqlama verib.
Açıqlamada şəhər mərkəzində ciddi problemin olmadığını, lakin ətraf bölgələrdən 5-6 evin çökdüyü barədə məlumatın daxil olduğunu bildirib. Yerli əhalinin təşviş içində olduğu qeyd edilir.
**00:52
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda Rixter cədvəli ilə 5.4 bal gücündə zəlzələ baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 22.22-də qeydə alınıb.
Yeraltı təkan ətraf bölgələrdə, o cümlədən İstanbul və Bursada hiss olunub. Əhali zəlzələni böyük təlaşla qarşılayıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Rubrika.az
Facebook-da paylaş















