Ermənilər məşhur Şuşa qalasında restavrasiya işlərinə başlayır

Dağlıq Qarabağdakı qondarma rejim işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirir və ya farslaşdırır.
Rublika.az Virtualaz.org-a istinadən xəbər verir ki, ermənilər Şuşadakı məşhur “Gövhərağa” məscidini İran arxitektorlarının köməyi ilə “fars məscidi” kimi restavrasiya edəndən sonra bu dəfə tarixi Şuşa qalasının restavrasiyasına başladıqlarını elan ediblər.
Qondarma “dqr mədəniyyət və turizm nazirliyinin” bildirdiyinə görə məşhur Şuşa qalası 2020-ci ildə restavrasiya olrunacaq. Habelə “Gövhərağa” məscidində restavrasiya işləri davam etdiriləcək.
Rublika.az
Facebook-da paylaş






