Masallının layiqli təmsilçisi - Canın qədər sevdiyin vətənin səsi halalın olsun!
![]()
Anar İsgəndərov: “Mənə səs verən insanların vəkili olacam, əlimdən gələni edəcəm ki, onlar mənə səs verdikləri üçün təəssüflənməsinlər”
Parlament seçkiləri yaxınlaşdıqca millət vəkili adına iddialılar arasında mübarizə gərginləşir. Hətta müxtəlif namizədlərin seçki marafonunda keçirdiyi görüşlər gülüş obyektinə çevrilib. Özünü millət vəkili statusunda görmək istəyənlərin bitməz-tükənməz ambisiyaları seçkilərə xüsusi bir rəng qatır.
71 saylı Masallı kənd seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Anar İsgəndərovun bütün həyat yolu,fəaliyyəti millətə,dövlətə xidmət nümunəsi,əsl ziyalı ömrüdür. Anar müəllim ölkəmizin görkəmli tarixçi alimi kimi 1917-1920-ci illər tariximizin mürəkkəb, ziddiyyətli,həmçinin şərəfli bir dövrünü tədqiq edib. Onun 1997-ci ildə “1918-ci il Mart qırğınının tarixşünaslığı” , 2003-cü ildə geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti” adlı monoqrafiyası çap olunub. Həmin il “Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik əsəri də işıq üzü görüb. 2006-cı ildə isə “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)” adlı fundamental əsəri nəşr olunub. Görkəmli alim erməni terrorizminin xalqımıza qarşı törətdiyi cinayətlərin üzə çıxarılmasında böyük rol oynayıb.
A.İsgəndərov bildirir ki, parlamentin yeni tərkibi elə olmalıdır ki, zamanın çağırışlarına uyğun fəaliyyət göstərib mükəmməl qanunlar qəbul etsin. Dövlətimizin daxili və xarici siyasətdə qazandığı uğurları,ictmai-siyasi prosesləri, nəhəng quruculuq işlərini fikirləşəndə düşünürəm ki, mən nə etməliyəm: millət vəkili seçiləcəyim təqdirdə təmsil etdiyim seçki dairəsinin ərazisindəki məsələlərin həllinə çalışmaq, görülən uğurlu işləri, əldə olunan nailiyyətləri təbliğ etmək lazımdır. 71 saylı Masallı kənd seçki dairəsi üzrə seçicilər mənə etimad göstərəcəyi təqdirdə çalışacağam ki, göstərilən etimadı layiqincə doğruldum.
A.İsgəndərovun uzun illər göstərdiyi səmərəli fəaliyyət təmsil olunduğu YAP tərəfindən yüksək qiymətləndirilib. Elə bu yüksək etimadın nəticəsidir ki, Masallıdan partiyanın namizədi olmaq missiyası ona etibar olunub. A.İsgəndərov deyir ki, YAP sübut edib ki, sadəcə vəd vermir, o, ideya irəli sürür, ideya cəmiyyətdə dəstəklənir və uğurla həyata keçirilir. Seçicilərlə görüşdə də, bunun canlı şahidiyəm ki, 71 saylı Masallı kənd seçki dairəsinin ərazisində yaşayan insanlar Heydər Əliyev ideyalarına sadiqdirlər, insanların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya böyük məhəbbəti var. Eləcə də, partiyamızın da əhali arasında nüfuzu yüksəkdir.
Anar müəllim doğulduğu rayona ruhən bağlı bir insandır. İndiyə qədər də Masallının problemlərinin həllinə bacardığı qədər yardıçı olub. Hər zaman qürurla bildirir ki, mən Masallı rayonunda doğulmuşam, bu ərazinin seçiciləri həmyerlilərimdir. İndiyə qədər necə onların arasında idimsə, seçkilərdə etimad göstərərlərsə, onlara daha da yaxın olacam. Hər birinin evində olacam ki, onların razılğını, xeyir-duasını alım. Millət vəkili seçilərəmsə, parlamentdə həmin insanların səsi olacam. Onların sözünü parlament tribunasından səsləndirəcəyəm, problemlərinin həlli ilə bağlı müvafiq qurumlara müraciət edəcəyəm. Mən bu işdə öz məsuliyyətimi dərk edirəm, millət vəkili seçilərəmsə onların etimadına layiq olmağa çalışacağam. Mənə səs verən insanların vəkili olacam, əlimdən gələni edəcəm ki, onlar mənə səs verdikləri üçün təəssüflənməsinlər.
P.S. Anar müəllim haqqında yazmaq mənim üçün xüsusilə qürurvericidir. Çünki,mən onun timsalında əsl müəllim,əsl tarixçi tanımışam. Bizim dostluq münasibətlərimizin kökləri 1992-ci ilə qədər gedir. O zamanlar tarix elminin incəliklərini mənə Anar müəllim çatdırıb və sevdrib. Hələ o zaman şahidi olmuşam ki, o öz vətənini və xalqını qəlbən necə sevir. Azərbaycana böyük sevgi və təmənasız xidmət onun həyat kredosudr. Uğur yolun açıq olsun,əziz müəllimim,deyirəm. Canın qədər sevdiyin vətənin səsi halalın olsun!
Nicat Mahmudov
Facebook-da paylaş













