Fatimə Mövlamlı saxlanılıb? - Rəsmi açıqlama
![]()
Bakı şəhər Baş Polis İdarəsi bloqer Fatimə Mövlamlıya polis tərəfindən təzyiq edilməsi məsələsinə münasibət bildirib.
Rubrika.az oxu.az-a istinadla xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, F. Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır:
“O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yanlış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır”.
Qeyd edək ki, bloqer sosial şəbəkədə Səbail rayon polis idarəsinin polisləri tərəfindən təzyiq altında saxlanılması barədə məlumat paylaşıb.
Rubrika.Az
Facebook-da paylaş













