Çində təhsil alan tələbələr Bakıda xəstəxanaya yerləşdirildi

Klinik Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 5 nəfər yerışdirilib. Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında cəbər verilib. Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, hazırda Çində təhsil alan 1993- cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 1992-ci ol təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-c il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur.
Onlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.
Rubrika.Az
Facebook-da paylaş











