"Sovetdən qalma köhnələr gedir, gənclər gəlir..."

“Azərbaycan prezidenti növbədənkənar seçki keçirməklə parlamenti modernləşdirir”.
“Reuters” agentliyi bu gün belə bir xəbər başlığı ilə ölkəmizdə keçirilən seçkilərlə bağlı geniş məlumat yayıb.
Xəbərdə deyilir ki, prezident İlham Əliyev iqtidarın mövqelərini möhkəmləndirmək və iqtisadi islahatların aparılması üçün daha gənc, daha dinamik bir parlament yaradılması istiqamətində növbəti addım atıb. Bu seçkini məhz belə səciyələndirmək olar.
Prezident Əliyev seçkini rəsmi olaraq vaxtından doqquz ay əvvəl olacağını dekabrda elan etdi. Hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri parlamentin məhz deputatlar tərəfindən buraxılmasını "prezidentin islahatlar və kadr dəyişikliyi siyasətini dəstəkləmək" məqsədi ilə həyata keçirdiyini bildirdi.
Oktyabr ayında İlham Əliyev prezidentin nüfuzlu aparat rəhbəri Ramiz Mehdiyevi vəzifəsindən kənarlaşdırdı və 62 yaşlı iqtisadçı Əli Əsədovu baş nazir təyin etdi. İdarəçilikdə digər yüksək səviyyəli dəyişikliklər də baş verdi.
Prezident iqtisadi islahatların tempini tənqid etdi və pensiya yaşına çatmış dövlət məmurlarını- mərhum Heydər Əliyevin dövründən qalmış köhnələri təmizləmək istədiyini bildirdi.
"Mən bunu modernləşdirmə layihəsi adlandırardım", - Karneqi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə mütəxəssisi Tomas de Vaal belə deyib.
"Köhnə sovet tipli bürokratlar sıradan çıxarılır və daha gənc peşəkar şəxslərə yüksək vəzifələr verilir".
Enerji ehtiyatlarının çoxluğuna baxmayaraq, Xəzər dənizindəki Cənubi Qafqaz ölkəsi işsizliklə mübarizə aparır və 10 milyon əhalinin çoxu hasil olunan neft və qazdan az fayda görür.
Bazar günü keçiriləcək seçkidə tam demokratik bir rəqabət olmasa da hakim partiyadan olan gənc, qərb təhsilli namizədlərin qanunverici orqana düşməsinə, parlamentin texnokratlarla yeniləməsinə hesablanıb.
Ancaq istənilən dəyişikliyə köhnə qvardiya və varlı oliqarxlar müqavimət göstərəcəklər.
Ölkə müxalifət hakim Yeni Azərbaycan Partiyasını kampaniya üçün hökumət resurslarından sui-istifadə etməkdə ittiham edib.
Xəbərin sonunda deyilir ki, Qərb ölkələri Avropaya neft və qaz tədarükündə Rusiyaya alternativ rol oynadığı üçün Azərbaycana xüsusi önəm verir.
“Reuters”lə yanaşı AFP (Agence France-Presse), “The Associated Press” kimi agentliklər də Azərbaycanda keçirilən seçkilərlə bağlı oxşar xəbərlər yayıblar.
Rubrika.Az
Facebook-da paylaş












