Bakı sakinindən 14 kq heroin götürüldü
![]()
Bakı sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Rubrika.Az-ın “Report”un məlumatına istinadına görə, hadisə Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü İ.Əliyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 13,9 kq heroin və 1,3 kq metamfetamin aşkar olunaraq götürülüb.
Daha sonra o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə təhvil verilib,
Rubrika.Az
Facebook-da paylaş














