Tramp koronavirus epidemiyasının bitəcəyi tarixi açıqladı..
![]()
ABŞ prezidenti Donald Tramp təşkil etdiyi mitinqdə Çin ilə ABŞ arasındakı münasibətlər və yeni tip koronavirus haqqında danışıb.
Rublika.Az "Yeni Sabah"-a istinadən xəbər verir ki, Donald Tramp koronavirusun havaların qızması ilə 2 ay müddətində məhv olacağını irəli sürüb.
“İnanıram ki, Çin koronavirusu çox yaxında nəzarət altına ala biləcək. Apreldə havanın istiləşməsi ilə koronavirus epidemiyasının kökü kəsiləcək”, - deyə ABŞ prezidenti qeyd edib.
Rublika.Az
Facebook-da paylaş











