Ərdoğan Azərbaycana gəlir..

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Rublika.Az-ın xəbərinə görə, səfər fevralın 24-25-nə nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.
Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.
Rublika.Az
Facebook-da paylaş












