Qaxda üç yaşlı uşaq 120 həb içib..
![]()
Qaxda üç yaşlı uşaq 120 həb içib.
Rublika.Az Apa.Az saytına istinad edərək bildirir ki, hadisə bu gün baş verib. Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib.
Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirllən N. Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Rublika.Az
Facebook-da paylaş










