Azərbaycanda sabitliyi pozmaq istəyənlər hərəkətləndi - Surət Hüseynov, İqbal Ağazadə...

Dövlətimizə qarşı projelərdə Ümid Partiyasının sədrinin də yer alması iddiasını təsdiqləyən müşahidələr və faktlar
Rubrik.az musavat.com-a istinadla bildirir ki, hər dəfə seçki ərəfəsində və seçkidən dərhal sonra anti-Azərbaycan qüvvələr hərəkətə keçir və ölkədə qarışıqlıq yaratmağa çalışırlar. 2020-ci il fevralın 9-da keçirilən seçkilərdən sonra da bu planların işə salındığının ilkin əlamətləri görünməkdədir: bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli sənədlər yayır, bəyanatlar verir, paralel olaraq Avropadakı “söyüş müxalifəti” də fəallaşıb. Bunların fonunda paytaxt Bakıda xaricdən idarə olunan, siqnal alan qüvvələr hərəkətə keçiblər...
Fevralın 10-da təxminən 10-15 nəfər adamın (əsasən qadınlar, bu da bir agentur texnologiyadır) şəhərdə qəfildən yürüş etməsi və xaricdən idarə olunan, maliyyələşən bir saytın (Meydan tv) onları canlı çəkib yayması, fevralın 11-də axşam saatlarında isə Qərbdəki, Avropadakı mübhəm güclərdən qidalandığı sirr olmayan şəxslərin və onların çevrəsindəki 30-40 adamın MSK-nın qarşısında qanunsuz aksiya təşkil etməsi, polislə məqsədli şəkildə qarşıdurmaya getmək istəmələri qətiyyən təsadüfi deyil. Və ən diqqətçəkən bir olay: biriləri MSK-nın qarşısına toplaşdığı ərəfədə Azərbaycana düşmən mövqedə dayanan, uzun müddətdir xaricdə (əsasən Rusiyada və Dubayda) yaşayan Surət Hüseynov da qəfildən “xortlayır” və təxribata çağırış edən bəyənat yayır. Onun sosial şəbəkələrdə, bəzi saytlarda yayımlanan bəyanatı faktiki olaraq əhalini dövlətə tabesizliyə təşviq etmək, qanunsuzluqlar, təxribatlar törətməyə çağırışdır.
Vətənə xəyanətdə məhkəmə qaydasında məhkum olunan bir şəxsin bu cür davranışları başadüşüləndir və yenə də xarici kəşfiyyat orqanlarının əlində alət olmasının göstəricisidir. O, öz ənənəvi xislətindən və 1992-93-cü illərdə qapıldığı eyforiyasından hələ də ayılmayıb. Bu adamın Rusiya xüsusi xidmət orqanların kontrolunda olduğu isə çoxdan bəllidir...
Burada bir məqamı vurğulayaq: Uzun illərdir seçkilərdən sonra Azərbaycanı qarışdırmaq planları artıq ənənə halını alıb və təbii olaraq da Azərbaycan dövlətinin buna qarşı belə demək mümkünsə, immuniteti yaranıb. Çox uzağa getmədən prosesləri xatırlayaq: 2013 və 2018-ci illərin prezident, 2015-ci ilin parlament seçkilərində ölkəmizə qarşı məkrli planlar qurulmuşdu. 2013-cü ildə Rusiyadakı müəyyən dairələr Azərbaycan dövlətinə qarşı Milli Şura projesini ortaya çıxarmışdılar. Bu, deşifrə olundu, onlara məqsədinə çatmaq imkanı verilmədi. 2015-ci ilin parlament seçkilərində isə daha ciddi oyunlar oynanıldı. Həm Milli Şura xətti davam etdi, həm də Avropadan, Qərbdən ölkəmizə dişlər qıcandı. Azərbaycan dövləti bu məkrli planları da pozdu. Bundan sonra Azərbaycanı qarışdırmaq planları 2018-ci ilin payızında – prezident seçkiləri ərəfəsində işə salınacaqdı. Bunun siqnalları hələ 2017-ci ilin sonlarından daxil olmağa başlamışdı. Azərbaycan dövləti bu planın qarşısını gözlənilməz manevrlə aldı: Təxribatlar payıza hədəfləndiyi halda, Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin aprelinə növbədənkənar prezident seçkiləri təyin etdi. Olduqca uğurlu gediş oldu və payıza hazırlaşanlar nakaut vəziyyətinə düşdülər...
2020-ci ilin parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi haqda xəbərlər isə hələ 2019-cu ilin yazından dövriyyədə idi. Və o məlumatlar da daxil olurdu ki, ölkəmizdə sabitliyi pozmaq, qanlı hadisələr törətmək istəyən güclər ən çoxu 2019-cu ilin payızında seçkilərin keçiriləciyini proqnozlaşdırırlar və o dövrə hazılaşıblar. Azərbaycan balaca ölkə olsa da, böyük təcrübələrə malik iqtidar komandası bu sınaqdan da üzüağ çıxdı. Əlbəttə, anti-Azərbaycan koalisiyası gözləməzdi ki, 2019-cu ilin dekabrında bələdiyyə seçkiləri keçirildikdən az sonra Azərbaycanda parlament seçkiləri keçirilə bilər. Və bu dəfə də gözlənilməz və uğurlu manevr edildi: Prezident dekabrın əvvəlində qərar verdi və 2020-ci ilin 9 fevralına növbədənkənar parlament seçkiləri təyin edildi. Beləliklə, seçki ərəfəsində və seçki prosesinin gedişində təxribatlar üçün vaxt qalmadı. Ancaq seçkinin son 15 günlüyündə və seçkidən dərhal sonra baş verənlər göstərir ki, son 2 ayda xaricdəki güclər tərəfindən seçkidən dərhal sonra ölkəmizdə qarışıqlıq salmaq planı cızılıbmış, bunun üçün yerli kontingent də müəyyən və təxmin olunubmuş...
Bu projedə iştirakçı olan yerli qüvvələrin bir qismini yuxarıda qeyd etdik və onlar zaman-zaman bu cür planlarda alət ediliblər. Bu qüvvələrin arasında FETÖ hörgütünün gizli əlamanlarının olduğu da gözdən qaçmır. İndi onlara son parlament seçkisində uduzmuş bir partiya sədrinin qoşulduğunu isbat edə biləcək müşahidələr də var. Söhbət Ümid Partiyasının sədri İqbal Ağazadədən gedir.
İqbal Ağazadə 9 fevral seçkisində biabırçı şəkildə uduzub və bunun ardınca nəinki onu udan rəqibini, bütövlükdə dövləti şantaj, təhdid etməyə başlayıb. O, əslində seçki kampaniyasının gedişatında Azərbaycanda neçə vaxtdır aparılan islahatlara qarşı çıxır, xalqda inamsızlıq yaratmağa, seçkiləri 35 saylı dairədə pozmağa çalışırdı. Seçkidə uduzduqdan sonra - fevralın 10-u və 11-də isə bu adam və onun yaxınları sosial şəbəkələrdə çox eybəcər bir anti-seçki kampaniyası aparmağa başladı. Ən əsası, Azərbaycan Prezidenti İlham Əliyev son seçkinin xalqın iradəsini əks etdirdiyinə dair açıqlama verdikdən sonra İqbal Ağazadə sosial şəbəkələrdə və bir-iki saytda seçkilərin saxtalaşdırıldığına dair müraciətlər ünvanladı.
Bunları bəlkə də onun uduzmasını həzm edə bilməməsi, seçki kampaniyasında 2 milyon manatadək pul xərcləməsinə yanması və bu kontekstdə mesajları kimi qiymətləndirmək, məkrli projelərdə yer alması iddialarına inanmamaq mümkün idi. Ta o vaxta qədər ki, İqbal Ağazadənin seçkilərdə ən etibar etdiyi, əsas təbliğatçısı və çirkli texnologiyalara ayırdığı şəxs – Qoşqar Bəylər MSK-nın qarşısındakı mitinqə çağırış etdi. Meydan.tv-də MSK-nın qarşısında qəfildən start götürən aksiya canlı yayımlanmağa başlayanda Qoşqar Bəylər həmin yayımın altında belə bir şərh yazdı: “Gəlirik”. (Bunu əks etdirən screen yazıya əlavə edilir-red.)
Bu adam İqbal Ağazadədən iznsiz bu addımı təbii ki, atmazdı. Bu, ciddi müşahidə və faktdır, İ.Ağazadənin seçkidən sonrakı təxribatçı davranışlarının təsadüfi olmadığı fikrini formalaşdırır...
Digər bir fakt isə odur ki, fevralın 9-u və 10-da İqbal Ağazadənin tərəfdarları facebookda etiraz aksiyalarına başlamaq çağırışları edirdilər...
Bütün hallarda, Azərbaycan və xalqımız növbəti ciddi sınaq qarşısındadır. Şübhəsiz, bu dəfə də insanlarımız doğrunu, müvafiq orqanlar isə gərəkəni edəcək...
Rubrika.az
Facebook-da paylaş













