Rusiya və ABŞ gərginliyi kosmik müstəviyə çıxdı..

ABŞ son zamanlar strateji sabitlik və beynəlxalq təhlükəsliz məsələlərində Rusiyanı pozucu tərəf olaraq göstərməyə çalışır.
Rublika.Az "Yeni Müsavat"-a isitnadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ tərəfinin peyklərlə bağlı şikayətinə cavabında deyib. O bildirib ki, Rusiya uzun müddətdir kosmosda hücum xarakterli silahların yerləşdirməsini qadağan edən beynəlxalq müqavilə üzərində çalışır:
“Amerikalılar istənilən növ fəaliyyətimizlə bağlı müxtəlif ittihamlar səsləndirir”.
Qeyd edək ki, ABŞ generalı Raymond Rusiyanın iki peykinin ABŞ casus peykini izlədiyini və bundan narahat olduqlarını açıqlamışdı.
Rublika.Az
Facebook-da paylaş











