BŞİH mitinqlə bağlı müraciətə cavab verib..
![]()
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.
BŞİH-dən Rublika.Az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.
Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.
Rublika.Az
Facebook-da paylaş














