İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürüldü..
![]()
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədi ilə növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Rubrika.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Qalınçaq kənd sakini Namiq Babayevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Rubrika.Az
Facebook-da paylaş










