Avtomobildən 3 kiloqrama yaxın heroin və metamfetamin tapıldı..
![]()
Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi avtomobildən 2 kiloqramdan artıq heroin və 835 qram metamfetamin götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi "KİA" markalı avtomobil saxlanılıb.
Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.
Rubrika.Az
Facebook-da paylaş














