"Qarabağ" "Liverpul"a "söz atdı"..
![]()
"Qarabağ"ın rəsmi "Facebook" səhifəsi maraqlı paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən gecə keçirilən oyununda "Atletiko"ya (Madrid) 1:0 hesabı ilə məğlub olan "Liverpul"a "söz atıb". 2017-ci ildə ÇL-in qrup mərhələsində "Atletiko" ilə 1:1 hesablı bərabərlik edərək böyük səs-küy yaradan "Köhlən atlar" həmin matçdan şəkil paylaşıb.
Klubun rəsmi səhifəsi fotonun üzərinə "Sabahınız xeyir, böyük "Qarabağ" ailəsi!" sözlərini yazıb. Bununla da, o, "Vanda Metropalitano"da qalib gəlməyən "Liverpul"a (İngiltərə) ismarıc yollayıb.
Rubrika.Az
Facebook-da paylaş














