Demokrat partiyasının debatında hamı milyarder-namizədin üstünə düşüb..

Nyu-York şəhərinin keçmiş meri, vaxtilə Respublikaçıların sırasında olmasına rəğmən hazırda Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürən biznesmen Maykl Blumberq yaxın bir neçə həftə ərzində bütün vergi bəyannamələrini açıqlayacağını bildirib.
Rubrika.Az musavat.com-a istinadən xəbər verir ki, o, bunu müxalifət partiyasının Nevada ştatının Las-Veqas şəhərində baş tutan teledebatında söyləyib.
Milyarder-namizədin sözlərinə görə, vergi bəyannamələrin açıqlanması uzun bir prosesdir, həm də ən azı bir neçə min səhifəni tutur. Buna rəğmən o, həmin sənədlərdə bütün investisiyalarının hesabatlarının əks olunacağını vəd edib.
Qeyd etmək lazımdır ki, Maykl Blumberqin yarışa qatılması digər iştirakçılarn ürəyincə olmayıb. Xüsusilə Massaçusets ştatının senatoru Elizabet Uorren onu vergi məsələsində Trampın yolu ilə getməkdə suçlayıb. “Demokratlar öz gəlir və çıxarlarını gizlədən bir namizədlə seçkilərdə qalib gələ bilməz, biz bu milyarderlə olduqca böyük risk alırıq”,-deyə xanım Uorren bildirib.
Qeyd olunur ki, Nevadada Demokrat partiyasının namizədini müəyyənlədşirmək üçün fevral ayının 22-də ilkin seçkilər keçiriləcək. Ştat partiyanın qurultayına tam 36 nümayəndə göndərir və bu səbəbdən prezidentliyə iddia edən demokrat siyasətçilər üçün böyük əhəmiyyət daşıyır.
Ana müxalifət partiyasının vahid namizədini müəyyənləşdirəcək qurultayın bu ilin iyul ayının 13-16-da, Viskonsin ştatının Miluoki şəhərində keçirilməsi nəzərdə tutulub.
Rubrika.Az
Facebook-da paylaş
















