Çindən gələn tələbələrdə koronavirus aşkarlanmayıb- RƏSMİ
![]()
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Rubrika.az "Report"a istinadla xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi olub.
Bildirilib ki, onlarda hər hansı bir virus aşkarlanmayıb.
Gün ərzində onların evə buraxılacaqları gözlənilir.
Rubrika.az
Facebook-da paylaş














