Astara gömrük postunda keçid dayandırıldı..
![]()
Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsindən Rubrika.Az-a verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.
Rubrika.Az
Facebook-da paylaş








